Sizin Reklam Burada
Xəbər lenti
15-08-2026
14-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tovuzda yük maşını elektrik dirəyinə çırpıldı, sürücü öldü - Şəkillər

Tarix: 16-08-2026 08:18     Baxış: 331 A- / A+
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Güclü zərbə nəticəsində avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.

Meyit müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi araşdırma nəticəsində müəyyənləşdiriləcək. apa

Manevr.az 

Tovuzda yük maşını elektrik dirəyinə çırpıldı, sürücü öldüTovuzda yük maşını elektrik dirəyinə çırpıldı, sürücü öldüTovuzda yük maşını elektrik dirəyinə çırpıldı, sürücü öldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar