Azərbaycan və Ukraynanı birləşdirən əsas elementlərdən biri ərazi bütövlüyü prinsipinə sədaqətdir.
Manevr.az bildirir ki, bunu Azərbaycanda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko “Vesti.az”-a açıqlamasında deyib.
Yuşşenkonun sözlərinə görə, dövlətin ərazi bütövlüyünün toxunulmazlığı müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edir, bu, beynəlxalq təhlükəsizlik konsepsiyasının bir nömrəli bəndidir.
“Çünki ərazi iddiaları istənilən münaqişənin başlanğıcıdır. Qalan hər şey diplomatiya yolu ilə həll oluna bilər”, - Ukraynanın sabiq Prezidenti vurğulayıb.
O bildirib ki, Azərbaycan və Ukraynanın təcrübəsi sadəcə iki ölkə üçün yox, həm də beynəlxalq ictimaiyyət üçün vacibdir. Belə ki, bu, İkinci Dünya müharibəsindən sonra sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunması məsələsidir.
“Buna görə də mən inanıram ki, həm Azərbaycan, həm də Ukrayna bu gün dünyanın ən yüksək təhlükəsizlik qurumundan - BMT-dən bütün millətlərə dərs keçir. Dərs ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra yaranan sərhədlər toxunulmazdır. Bu, müasir təhlükəsizliyin tarixidir. Azərbaycanda bu məsələ həll olunub, Ukraynada isə son mərhələlərdədir”, - Yuşşenko vurğulayıb.
Ukraynanın sabiq Prezidentinin fikrincə, 2008-ci ildə keçirilən NATO sammitində hazırkı müharibənin qarşısı alına bilərdi.
“Ukrayna və Gürcüstan Buxarest sammitində NATO-ya üzv kimi qəbul edilmədi. Bu, Putinin ən çox istədiyi şey idi - bizim Qərb dünyası tərəfindən inkar edilməyimiz”, - Yuşşenko deyib.
Yuşşenko Gürcüstanda 2008-ci ildə baş verən müharibəni də bununla əlaqələndirib.
Sabiq prezident Gürcüstan və Ukraynanın NATO üzvü kimi qəbul edilməməsini ciddi siyasi səhv adlandırıb.
Xəbər lenti
Yuşşenko: Sərhədlərin toxunulmazlığı Ukrayna-Azərbaycan münasibətlərinin təməlidir
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko və Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































