Sizin Reklam Burada
Xəbər lenti
18-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın axtarışa verdiyi Rusiya nazirinin müşaviri istefa verdi

Tarix: 19-08-2026 08:35     Baxış: 330 A- / A+
Rusiya Nəqliyyat Nazirliyinin rəhbərinin müşaviri Aleksey Çadayev Azərbaycanla bağlı qalmaqallı açıqlamalarından sonra tutduğu vəzifədən ayrılıb.

Çadayevin vəzifədən getməsi Azərbaycan Baş Prokurorluğunun onun barəsində beynəlxalq axtarış elan etməsindən sonra baş verib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində beynəlxalq axtarış elan edib.

Baş Prokurorluğun məlumatına görə, həmin şəxslər Azərbaycana qarşı zorakılığa, ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına, eləcə də terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilirlər.

Onlar Azərbaycan hüdudlarından kənarda olduqları üçün axtarışa verilib. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Baş Prokurorluğu digər dövlətlərin müvafiq qurumlarına müraciətlər göndərib və İnterpol vasitəsilə beynəlxalq axtarışın təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirir. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar