Xəbər lenti
Adını yerə sərilmiş küləyin iniltisindən eşidərsən -ŞEİR
Cavid FərzəliDəli Məmməd
Əlləri cibində çırpınan uşaq,
qorxuyla oturub-duran Dəli Məmməd.
Dişləri tökülüb günahlarının,
hələ də gözlərində
böyüklərin ipinə sarılmış oyuncaq baxışları var.
Hırıltılarına çağırır harın küçələr səni,
kimisi ağla, deyir,
kimisi göz yaşını qucaqlayır.
Adını yerə sərilmiş küləyin iniltisindən eşidərsən.
İçi boş oturacaqlar
lovğalanır qollarında.
Kibirli dalanlar
qusar nifrətini.
Hələ də dizlərin
bir körpə ayağında qatlanır.
Ömrü boyu yad gözlərdə yaşayıb,
yad pəncərələrdən baxıb.
Nə bir haqqını soruşub,
nə də qul canından xəbəri olub
yazıq başının.
Qumarbaz küçələrin hikkəsini
məsum çiyinlərində daşıyarsan.
Hərdən bir uşaq ruhu çapar ayaqlarını,
rəsmlərində quş yaddaşına qayıdarsan.
Göy üzündən gəldiyin yadına düşər...
Gözünün qabağında havanın boyuna dolanır
nazlı buludların qolları.
Səni şəkillərinə doğmayıb anan,
özün gəlmisən.
Səni ləkələyib əllərimiz.
Sənin qanınla rənglənir ürəyimiz,
hamı bənövşəyi ovuclarında yaşayır.
Bir uşaq ölür içində,
qatil bərəlmiş gözlərində.
Ana payızın üstünə bıçaq çəkərsən.
Bir anın içində boğazında düyünlənən uşaq
manqurta dönər.
Bilməz bu dilsiz əllər kimin əlidir,
bu soyuq qan kimin qanıdır.
Balasını tapdalayır kölgələr,
qatil yuxusundan oyanar əllərin.
Hər kəsin qucağında bəslədiyi,
heç kimin qabağına yüyürmədiyi Dəli Məmməd...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























