Bakıda özünü hüquq mühafizə əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs inzibati qaydada həbs edilib. Xəbər lenti
Bakıda siqaret çəkənlərdən pul tələb edən şəxs həbs edildi
Bakıda özünü hüquq mühafizə əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs inzibati qaydada həbs edilib.1995-ci il təvəllüdlü C.V. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hüquq mühafizə əməkdaşına məxsus jiletka geyinərək özünü vətəndaşlara hüquq mühafizə əməkdaşı kimi təqdim edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, C.V. bəzi vətəndaşların müəyyən edilməmiş yerdə siqaret çəkdiyini əsas gətirərək onlardan pul tələb edib.
C.V. məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, uşaqlıqdan hüquq mühafizə əməkdaşı olmaq arzusunda olub və məhz bu səbəbdən hüquq mühafizə əməkdaşlarına məxsus jiletkanı geyinib. O, heç bir pis niyyətinin olmadığını, hüquq mühafizə əməkdaşının adını ləkələyəcək hərəkətə yol vermədiyini deyib.
Təqsirləndirilən şəxs heç kimdən pul almadığını, jiletkanı təxminən 5 ay əvvəl kirayə qaldığı bağdan götürdüyünü və sadəcə həmin geyimdə ərazidə gəzdiyini bildirib. Əməlinə görə peşman olduğunu deyən C.V. barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə C.V.-yə 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq olunub. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































