Xəbər lenti
Hindistanda nadir anomaliya: İki başı və səkkiz ayağı olan buzov dünyaya gəldi
Hindistanın cənubunda nadir təbiət hadisəsi qeydə alınıb: burada bir camış iki başı və səkkiz ayağı olan buzov doğub. Lakin bu qeyri-adi anomaliya ilə dünyaya gələn heyvanın ömrü çox qısa olub və o, doğuşdan dərhal sonra tələf olub.Bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Doğuş prosesi Erukalapudidəki ayurveda xəstəxanasının nəzdindəki aşramda baytarlar tərəfindən həyata keçirilib. Mütəxəssislər ana camışa kömək etmək üçün təxminən dörd-beş saat vaxt sərf ediblər. Nəticədə doğulan buzovun bitişik başlara və əlavə ətraflara malik olduğu məlum olub. Baytarların sözlərinə görə, bu cür anomaliya erkən mərhələdə embrionun tam bölünməməsi nəticəsində yaranır və siam əkizlərinin meydana gəlməsinə səbəb olur.
Bu xəbər qısa müddətdə ətrafa yayılıb və bir çox maraqlanan şəxs bu nadir hadisəni öz gözləri ilə görmək üçün aşrama axışıb. Həkimlər bildirirlər ki, belə hallara olduqca nadir hallarda rast gəlinir və orqanların inkişafındakı ciddi pozuntular səbəbindən əksər hallarda ölümlə nəticələnir. İkiləşmiş və ya deformasiyaya uğramış bədən hissələri qan dövranına və tənəffüsə maneə yaradır, ortaq həyati orqanlar isə həddindən artıq zəif olur. Məlumata görə, ana camışın sağlamlıq vəziyyəti normaldır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























