Xəbər lenti
Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır
Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.Manevr.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar olunub.
Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























