Xəbər lenti
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90 faizdən çoxunun kölgəyə düşəcəyi və onun səthinin qırmızımtıl rəngə boyanacağı gözlənilir.
Manevr.az xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır. Günəşdən gələn işıq atmosferdən keçərək Ayın səthinə düşür və nəticədə peyk qırmızı, mis və ya tünd-qəhvəyi çalarlarda görünə bilir. Rəngin tonu isə atmosferdəki vəziyyətdən asılı olaraq dəyişir.
Tutulma 28 avqustda Bakı vaxtı ilə saat 05:24-də başlayacaq və 11:02-də sona çatacaq.
Hadisəni Avropanın böyük hissəsində, Asiyanın qərbində, Afrikada, Şimali və Cənubi Amerikada, həmçinin Sakit, Atlantik və Hind okeanlarının bəzi ərazilərində müşahidə etmək mümkün olacaq. Antarktidada da tutulmanı izləmək mümkün olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























