Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Tarix: 20-08-2026 18:18     Baxış: 396 A- / A+


Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının yaradılması, həmçinin 8 yeni dağ-piyada marşrutunun hazırlanması nəzərdə tutulur.
Manevr.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, 2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonası yaradılacaq. Həmin zonaların tərkibində azı 3 turizm mərkəzinin formalaşdırılması nəzərdə tutulur.
Seçilmiş turizm mərkəzləri baş inkişaf planlarına uyğun olaraq sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya, avtomobil yolları və yol-nəqliyyat infrastrukturu ilə təmin ediləcək. Daha sonra bu ərazilərə özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Dövlət Proqramında dağ-piyada turizminin inkişafı da ayrıca nəzərdə tutulub. Mövcud 40 haykinq və trekinq marşrutu qiymətləndiriləcək, əlavə 8 dağ-piyada marşrutu müəyyən edilərək işarələnəcək və rəqəmsal xəritələndiriləcək. Seçilmiş marşrutlarda baza düşərgələrinin və yüngül turizm infrastrukturunun yaradılması da planlaşdırılır.
Yeni turizm və rekreasiya zonalarının yaradılması üzrə əsas icraçı Dövlət Turizm Agentliyidir. Prosesdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar iştirak edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar