Sizin Reklam Burada
Xəbər lenti
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda azyaşlının ayağı avtobusun qapısında qaldı – “BakuBus” sürücünü cəzalandıracaq

Tarix: 20-08-2026 13:58     Baxış: 428 A- / A+
Bakıda azyaşlının ayağı  avtobusun qapısında qaldı  – “BakuBus” sürücünü cəzalandıracaq
150 nömrəli marşrut avtobusunda azyaşlı qapının arasında qalaraq xəsarət alıb.
Manevr.az xəbər verir ki, bu barədə azyaşlının valideyni paylaşım edib.
Ananın sözlərinə görə dünən saat beş-altı radələrində 150 nömrəli (90-JQ-261) dövlət nəqliyyat nişanlı marşrut avtobusunda iki azyaşlı övladı dayanacaqda düşmək istəyib. Lakin sürücü qapını dərhal bağladığı üçün uşaqlardan birinin ayağı qapının arasında qalıb əzilərək, qanayıb. Sürücü onları düşürərək, heç bir üzr istəmədən yoluna davam edib.
Lent.az-ın məsələ ilə bağlı sorğusuna “BakuBus”dan bildirilib ki, 150 nömrəli marşrut xətti üzrə daxil olan şikayət dərhal nəzarətə götürülüb və avtobusun daxili kameraları vasitəsilə operativ şəkildə araşdırılıb:
"Görüntülərə əsasən, sərnişinlərin enişi zamanı sürücünün ehtiyatsızlıq və tələskənliyə yol verdiyi, nəticədə qapının vaxtından əvvəl bağlandığı təsdiqini tapıb. Baş verən xoşagəlməz hala görə təəssüfümüzü ifadə edirik.
Qeyd edək ki, sözügedən sürücü ilə bağlı daxili nizam-intizam qaydalarına uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görüləcək.
Sərnişinlərimizin, xüsusilə də azyaşlıların təhlükəsizliyi və rahatlığı bizim üçün hər zaman ən ali prioritetdir. Gələcəkdə bənzər halların təkrarlanmaması üçün müvafiq təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək". 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar