Pakistanın sabiq Baş naziri İmran Xan xəstəxanada müayinə olunduqdan sonra həbsxanaya qaytarılıb.
Geo TV-nin xəbərinə görə, onun oftalmoloq, kardioloq və terapevt tərəfindən müayinə olunduğu və səhhəti ilə bağlı vəziyyətinin qaydasında olduğu bildirilib.
İmran Xan müayinə başa çatdıqdan sonra həbsxanaya qaytarılıb.
Məlumata görə, keçmiş Baş nazirin müayinəsi Pakistan Tibbi Elmlər İnstitutunda “Şifa” beynəlxalq xəstəxanasının həkimlərinin iştirakı ilə aparılıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan Ali Məhkəməsi İmran Xanın müvəqqəti olaraq xəstəxanada saxlanılması ilə bağlı qərar qəbul edib.
73 yaşlı keçmiş Baş nazirin övladları atalarının səhhətinin getdikcə pisləşdiyini və sağ gözünün görmə qabiliyyətinin ciddi dərəcədə zəiflədiyini bildirirlər.
Xəbər lenti
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































