Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kamçatkada həyəcan – Azərbaycan səfirliyi hərəkətə keçdi

Tarix: 22-08-2026 23:15     Baxış: 324 A- / A+
Rusiyanın Kamçatka yarımadasında güclü yağışlar və çayın daşması nəticəsində 100-ə yaxın turist Tolbaçik vulkanı ərazisində blokadada qalıb.

Turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.

Məlumata görə, daşqın nəticəsində yolun dağılması turist qrupunun ərazini tərk etməsinə imkan vermir. Qrupun ərzaq ehtiyatlarının da tükənmək üzrə olduğu bildirilir.

Tatyana Dolivets vəziyyətlə əlaqədar Azərbaycan dövlətinə və ölkəmizin Rusiyadakı səfirliyinə müraciət edərək təxliyəyə kömək göstərilməsini istəyib.

Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni nəzarətə götürüb. Diplomatik nümayəndəliklər Rusiya hakimiyyət orqanları, Kamçatkada yaşayan Azərbaycan icmasının nümayəndələri, eləcə də turist qrupu ilə əlaqə saxlayırlar.

Turistlərlə birbaşa rabitə peyk əlaqəsi vasitəsilə həyata keçirilir.

Hazırda turistlərin təhlükəsiz olduğu bildirilir. Onların təxliyəsinə hazırlıq gedir, lakin əlverişsiz hava şəraiti əməliyyatın həyata keçirilməsini çətinləşdirir. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar