Xəbər lenti
Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub.
Manevr.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 21.08.2026-cı il tarixində saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.08.2026-cı il tarixində saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































