Xəbər lenti
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
İki gün əvvəl Kliniki Tibbi Mərkəzə qəbul olunan Xalq artisti Şükufə Yusupovanın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.Manevr.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.
Qeyd olunub ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, avqustu 21-i "İçərişəhər" metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































