Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Örnək insan

Tarix: 25-08-2026 14:55     Baxış: 330 A- / A+
                                           
Yer üzündə, müəllimlikdən başqa şərəfli peşə tanımıram.                                                            Donald Roman

Elə peşələr, sənətlər var ki, o ada ad gətirir. Elə insanlar da var ki, o sənətə, peşəyə hörmət gətirir. Bu peşə sevgisidir. Sənətə vurğunluqdur. Onları ayrı təsəvvür etmək olmur. 
Müəllim!
Hamının hörmət etdiyin, qarşısında baş əydiyin, özümüzü borclu bildiyin – həyatı, yazıb-oxumağı öyrədən, sevdirən, əziz insan! 

* * *
O, birinci sinifdə dərsə elə həvəslə hazırlaşırdı ki, mən də həvəslənirdim. Hərfləri öyrənirdim. Onunla birlikdə oxumaq istəyirdim. Onda 5 yaşım vardı. Bəlkə də, elə ona görə mən məktəbə bir il tez – 6 yaşımda getmişəm.
Sinfin, müəllimlərin sevimlisi idi. Əlaçıydı.
Harda oldusa, hər zaman birincilər sırasında oldu. Məktəbdə də, institutda da, müəllim işləyəndə də. 
Ağdam rayon Maarif Şöbəsinin Ədəbiyyat üzrə müsabiqələrinin qalibi olurdu. 
1990-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı ilə xidmətləri və peşəkarlığı nəzərə alınaraq ona “Metodist müəllim” fəxri adı verilmişdir.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.
                                                  Viktor Hüqo 

Müəllim kimi Bakıya məcburi köçəndən sonra da seçilən, sevilən müəllimlərdən oldu. 
Şagirdləri üçün sevimli, qayğıkeş müəllim oldu. Dərs dediyi şagirdləri dərsdə elə hazırladı ki, onlara əlavə hazırlığa getməyə ehtiyac qalmır. Həm şagirdləri, həm də hazırlaşdırdığı şagirdlər ali məktəbə qəbulda ən yüksək nəticə göstərirdilər. Fərq etməz hansı qrupa hazırlaşırlar. Dil-ədəbiyyat onlar üçün maksimum baldır. 
“Nə lazımıdırsa, atanız artıqlaması ilə ödəyib”, – dediyi şəhid uşaqları onun ən həssas yeridir. Onlara olan diqqət və xüsusi qayğıdı bambaşqadı. 
Rayonun ən yaxşı dil-ədəbiyyat müəlimi seçildi. Amma onun ən yaxşı mükafatı şagirdlərinin qəlbindəki yeridir. Uca, əvəzolunmaz, müqəddəs yeri.
Bu müəllimin ən böyük uğurudu. Sevincidir. Əziyyətinin nəticəsidi. 
Onlar da müəllimlərini unutmurlar. 

Əsərinin üzərində imzası olmayan yeganə sənətkar    müəllimdir.
                                 Mustafa Kamal Atatürk

Ömrünün 50 ilinə yaxınını müəllim olaraq şagirdlərin təhsilinə, onların gələcəyinə, insan və vətəndaş kimi formalaşmalarına, zənginləşmələrinə sevə-sevə sərf etdi. Şagirlərinin uğunu öz uğuru bildi.
Həyat bumeranqdı. Etdiklərin mütləq özünə qayıdır. 
Harda oxumasından, harda işləməsindən, hansı vəzifə sahibi olmasından asılı olmayaraq keçmiş şagirdlərinin yenə də sevimli müəllimidir. Şagirdlərinin sevincinə, uğuruna övladlarınınkı qədər sevinir.
O həm də qayğıkeş anadı. Uşaqlarının yaxşı təhsil almasına çalışdı. Biri müəllim, o biriləri həkim, hüquqşünas, iqtisadçı oldular. Tələbə olan nəvələrinin birinin həkim, o birinin iqtisadçı olacağında da onun payı danılmazdı. 
İndi də dərs dediyi, hazırlaşdırdığı, üstlərində yarpaq kimi əsdiyi uşaqların sevimli müəllimidir. Məncə, müəllim üçün ən yaxşı ad “MƏNİM MÜƏLİMİM” deyə göstərilən, adı şərəflə çəkiləndi. Onun kimi.
Müəllimin yaşın olmur, o hər yaşda müəllimdir.
İnsanın sevimlisi olmaqdan gözəl heç nə yoxdur.
Tarixdə yaxşılar və yaxşılıqlar qalır. 
Həyatda nə etdisə, nə qazandısa, bir gözü Qarabağda – Ağdamda oldu. ”Yurd sevgisi hər şeydən üstündü”, - dedi. Qələbəyə heç vaxt sevinmədiyi qədər sevindi. 
Doğma yurda qayıtmağı səbirsizliklə gözlədi.

* * *
O, uşaqlıqdan işgüzar, özünə qarşı tələbkar idi. 
Anamız xəstələnəndə yük onun üstünə düşürdü. Balacaydı. VI-VII sinifdə oxuyurdu. Evin hər işini o görürdü. O vaxtlar hələ həyətimizə bulaqdan su çəkilməmişdi. Uzaqdan səhənglə su gətirirdi. Bütün qayğılarımıza qalırdı. Gündüz o qədər işləyirdi ki, axşam bir də görürdün kitab əlində oturduğu yerdə yatıb.
O, indi də bizim üçün böyük bacı, ana əvəzidi. Hamımızın qayğısına qalır. Özünü hər yerə çatdırmağa çalışır. Bu, analıqda da, nənəlikdə də, qohumluqda da elədi.
Bəlkə də, mən ona bacıdan çox müəllimə kimi baxıram. Nə vaxt zəng etsən, şagirdləri ilə məşğuldu. Sərbəst vaxtında da yorğun, taqətsiz. 
Bu gün böyük bacı kimi bacı, ana kimi ana, müəllim kimi müəllim, insan kimi insan olan Ətlas müəllimin 70 yaşı tamam olur.
Bioloji ömrün 70-ində ağrılarını heç kimə hiss etdirməyən – biruzə vermədən şərəflə yaşayan Ətlas müəllim! 
Nə yaxşı ki varsan! Canımın bir parçasısan, əzizimsən – bacımsan!
Tanrı səni qorusun, Vətən övladlarına ləyaqətlə, sevərək bilik verən, yol göstərən, Vətəni sevdirən İnsan!
Sənə can sağlığı, illərlə yolunu gözlədiyin doğma Ağdamda doyunca yaşamağı diləyirəm. Bu sənin ən böyük arzundu.
Yubileyin mübarək, əziz bacı – ana, sevilən müəllimə, dəyərli insan!

                                                                           
                                            
Rəfail TAĞIZADƏ
25.08.2026

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar