Xəbər lenti
Nazirlik reaksiya verdi: südü çölə atan fermerdən

Azərbaycanda fermer ona məxsus südün litrinin 15 qəpiyə alındığını iddia edərək qiymətə etiraz edib.
Fermer südün bu qiymətə alınmasının çəkilən xərcləri qarşılamadığını bildirib.
“15 qəpiyə alınan südə maya əlavə edib 5 manata satırlar. Belə olmaz axı. Mən qapı-qapı süd satmalıyam? Dünyanın harasında 15 qəpiyə süd var?” - fermer bildirib.
O, çəkilən xərcləri qarşılamaq üçün südün litrinin ən azı 1 manata alınmasını təklif edib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, fermer bununla bağlı daha bir video çəkərək paylaşıb və məsələ artıq razılaşdırılıb.
Onun sözlərinə görə, dövlət tərəfindən fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Ramin Qurban qeyd edib ki, nazirlik iyun ayında da südə dövlət dəstəyi ilə bağlı açıqlama verib:
“Subsidiya Şurasının iclası keçiriləcək və həmin iclasda fermerlərə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul olunacaq”. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























