Sizin Reklam Burada
Xəbər lenti
27-08-2026
26-08-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Tarix: 27-08-2026 16:14     Baxış: 325 A- / A+
Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha 3 beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması başa çatıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Yeni qeydiyyata alınmış şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ƏDV üzrə öhdəliklərini müstəqil şəkildə yerinə yetirərək vergini hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər. Bu halda həmin təchizatçılara edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Tətbiq olunan yeni mexanizm rəqəmsal xidmətlər sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.
Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron ticarət qaydasında xidmətlər təqdim edən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ilə məlumatlandırma və kommunikasiya tədbirləri, həmin təchizatçıların qeydiyyata alınması prosesi davam etdirilir. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə keçid etməklə tanış ola bilərsiniz.
Qeyd edək ki, daha əvvəl “Netfliks”in vergi uçotuna alınması ilə bağlı məlumat yayılmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar