Xəbər lenti
Müəllimlər üçün vakansiya seçimi başlayır
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin vaxtı açıqlanıb.Manevr.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, namizədlər 28 avqust saat 15:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakant yerləri seçə biləcəklər.
Namizədlərə ən çoxu 4 vakant yer seçmək imkanı veriləcək.
Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.
Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































