Sizin Reklam Burada
Xəbər lenti
29-08-2026
28-08-2026
BÜTÜN XƏBƏRLƏR

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə tapıldı

Tarix: 29-08-2026 17:24     Baxış: 323 A- / A+


Yunanıstanın Andros adası yaxınlığında dalğıclar təxminən 2400 il əvvəl batmış ticarət gəmisini aşkarlayıblar.
Manevr.az lent.az-a istinadla xəbər verir ki, dənizin dibində gəminin böyük yükü də qorunub saxlanılıb. Arxeoloqlar burada təxminən 600–650 qədim amfora müəyyən ediblər.
Gəmi təxminən 40 metr dərinlikdə tapılıb. Tapıntılar arasında ən azı üç növ amfora var. Bu qablar qədim dövrdə şərab, yağ, taxıl və digər məhsulların daşınması üçün istifadə olunurdu. Arxeoloqlar həmçinin qurğuşundan hazırlanmış lövbərin bir hissəsini də aşkar ediblər.
Bir neçə qab artıq tədqiq olunmaq üçün suyun üzərinə çıxarılıb. Alimlər gəminin hansı yükü daşıdığını və haradan yola düşdüyünü müəyyən etməyə çalışırlar.
Mütəxəssislərin fikrincə, bu tapıntı iki min ildən çox əvvəl Aralıq dənizində mövcud olmuş ticarət marşrutları haqqında mühüm məlumatlar verə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar