Sizin Reklam Burada
Xəbər lenti
28-08-2026
27-08-2026
BÜTÜN XƏBƏRLƏR

Gəlinlik salonunda dava: Satıcı müştəriyə xəsarət yetirdi

Tarix: 29-08-2026 13:42     Baxış: 324 A- / A+
Gəlinlik salonunda dava: Satıcı müştəriyə xəsarət yetirdi
Bakının Nizami rayonunda ticarət mərkəzində dava olub.
Manevr.az teleqraf-a istinadən məlumat verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib.
Bakı şəhər sakini Afət Babayeva gəlini Aydana (ad-soyad şərti verilib – red.) gəlinlik paltarı seçmək üçün həmin salona gəlib.
Bu zaman orada satıcı işləyən 1986-cı il təvəllüdlü Aysu Əliyeva ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı satıcı Afətin sağ qol nahiyəsinə vuraraq xəsarət yetirib.
Aysunun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş qaldırılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə izahat verən zərərçəkmiş Afət Babayeva bildirib ki, gəlinləri ilə birlikdə nişan paltarı almaq məqsədilə “Laçın” Ticarət Mərkəzində yerləşən gəlinlik yerinə gedib: “Mağazada bəyəndiyim libası geyinərək yoxladıqdan sonra bəyənmədiyimi bildirdim. Bu zaman mağazanın satıcısı yaxınlaşaraq sağ qol nahiyəmdən bərk çimdiklədi, mənə xəsarət yetirdi”.
İş üzrə izahat verən Aysu isə özünü ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, hadisə günü işlədiyi gəlinlik mağazasına iki nəfər yaxınlaşıb: “Zərərçəkmiş şəxs bəyəndiyi libası geyinərək yoxladıqdan sonra çıxartdı. Həmin vaxt ondan xoşagəlməz qoxu gəldiyini hiss etdim və bu səbəbdən xanımla aramızda mübahisə yarandı. Ona qarşı hər hansı zorakılıq tətbiq etməmişəm, ona vurmamışam. 3 il müddətində qaydasız döyüşlə məşğul olmuşam. Əgər onu vursaydım, ağır xəsarət yetirərdim”.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Babayevanın əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
Hökmə əsasən, onun barəsində həmin maddə ilə başlanmış inzibati icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 38.3-cü maddələrində nəzərdə tutulan müddətlər keçdiyinə görə xitam verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar