Xəbər lenti
Stolüstü tennisçimiz Fransada qızıl medal qazandı

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” yarışında uğurla çıxış edib.
2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, “Euro Mini Champs”ın baş mükafatına layiq görülüb.
Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı. qafqazinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























