Manevr.az xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur.
Ankara Baş Prokurorluğundan bildirilib ki, hazırda istintaq gedir.
“Ləğv edilən Gələcək Partiyasının keçmiş lideri Əhməd Davudoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsi (prezidenti təhqir etmək) ilə cinayət işi başlanıb. İstintaq müvafiq qanunvericilik çərçivəsində diqqətlə aparılır”, - qurumun yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Əhməd Davudoğlu 1959-cu ildə Konyada anadan olub.
2003-2009-cu illərdə Baş nazirlər Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri olub.
2009-cu ildə Türkiyənin xarici işlər naziri təyin edilib. 2011-ci ildə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının siyahısından Konyadan deputat seçilib.
2014-cü ilədək XİN başçısı vəzifəsində çalışıb. 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub (həmin il partiyanın sədri və Baş nazir Rəcəb Tayyib Ərdoğan Prezident seçilmişdi və o zamanki qanunvericilik Prezidentin partiya sədri olmasına imkan vermirdi).
2016-cı il mayın 22-də Baş nazirlik və partiya sədrliyindən istefa verib.
2019-cu ilin sentyabrında Ədalət və İnkişaf Partiyasından ayrılan Ə.Davudoğlu həmin ilin dekabrında Gelecek Partiyasını yaradıb.
Ə.Davudoğlu iyulun 29-da yazılı bəyanat yayaraq sədri olduğu partiyanın fəaliyyətinə son verdiyini və aktiv siyasətdən çəkildiyini açıqlayıb.
İngilis, ərəb və alman dillərini bilən Ə.Davudoğlu, eyni zamanda bir çox akademik əsəri olan bir alimdir.
Xəbər lenti
Əhməd Davudoğluna cinayət işi açıldı

Türkiyənin sabiq Baş naziri, bir müddət əvvəl fəaliyyəti dayandırılan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində cinayət işi açılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























