Xəbər lenti
İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMA
Xaricdə təhsil şirkəti və ya vasitəçi seçərkən universitetin akkreditasiyası, qəbul və viza ilə bağlı təqdim olunan məlumatların doğruluğu əvvəlcədən yoxlanılmalıdır. Müqavilə imzalanarkən isə göstəriləcək xidmətlər, ödənişlər və geri qaytarılma şərtləri diqqətlə nəzərdən keçirilməlidir.Bəs, tələbələr xaricdə təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etməli və saxta vədlərdən necə qorunmalıdırlar?
Təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, xaricdə təhsil məsələsi hər il ali təhsil müəssisələrinə qəbuldan sonra gündəmə gəlir:"Təəssüf ki, hər il çoxsaylı insanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər. Təbii ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin hamısını dələduz adlandırmaq olmaz. Lakin müəyyən mənfəət əldə etmək imkanının olması bu sahəni daha cəlbedici edir və sosial şəbəkələrdə, xüsusilə də TikTok və digər platformalarda əhaliyə çoxsaylı müraciətlər edilir. Valideynlərə tövsiyəm odur ki, övladlarının xaricdə təhsil almasını istəyirlərsə, ilk növbədə seçdikləri universitet haqqında məlumatı birbaşa həmin ali məktəbin rəsmi elektron resurslarından əldə etsinlər. Bunun üçün mütləq vasitəçi şirkətlərə müraciət etməyə ehtiyac yoxdur".
Ekspert bildirib ki, valideynlər universitetin maddi-texniki bazası, kampusları, təhsil imkanları və ən əsası, məzun olduqdan sonra həmin universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmaması barədə əvvəlcədən araşdırma aparmalıdırlar:
"Bu məsələlərə diqqət yetirmək çox vacibdir. İmkan daxilində dövlət sifarişi əsasında xaricdə təhsil almağa üstünlük vermək daha məqsədəuyğundur. Bundan əlavə, "Cambridge" və IB proqramları, eləcə də SAT imtahanı vasitəsilə xaricdə təhsil almaq imkanları mövcuddur. Bu yollarla xaricdə tələbə adını qazanan şəxslərin sonradan Azərbaycana transfer olunması da mümkündür. Lakin sadəcə attestatla xarici universitetə qəbul olan şəxslər üçün sonradan transfer məsələsi daha çətin ola bilər. Ona görə də xaricdə təhsil qərarı verərkən bütün bu məqamlar əvvəlcədən nəzərə alınmalıdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































