Xəbər lenti
Balarəhim Quliyevə yüksək vəzifə verildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iki ay əvvəl sədr müavini vəzifəsindən azad edilən Balarəhim Quliyev yenidən sistem daxilində yüksək vəzifəyə təyin olunub.Manevr.az globalinfo.az-a istinadən xəbər verir ki, B.Quliyev bu dəfə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib.
Təyinatın AQTA sədrinin əmri ilə həyata keçirildiyi bildirilir.
B.Quliyev AQTA-da çalışdığı dövrdə, əsasən, heyvan sağlamlığı və qida təhlükəsizliyinə nəzarət istiqamətlərinə rəhbərlik edib. O bundan əvvəl özəl tibb müəssisəsində və Dövlət Baytarlıq Xidmətində rəhbər vəzifələrdə çalışıb.
Məmurun AQTA sədr müavini vəzifəsindən hansı səbəbdən azad edildiyi isə hələ də açıqlanmayıb.
İki ay əvvəl vəzifədən uzaqlaşdırılan şəxsin eyni sistem daxilində yenidən rəhbər vəzifəyə gətirilməsi isə AQTA-nın kadr siyasəti baxımdan birmənalı qarşılanmır.
Qeyd edək ki, mediada Balarəhim Quliyevin qida sahəsində iri biznes şəbəkəsinin olduğu haqda müxtəlif məlumatlar dərc olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































