Sizin Reklam Burada
Xəbər lenti
03-09-2026
02-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Tarix: 03-09-2026 23:22     Baxış: 323 A- / A+
5 oktyabr 2022-ci ildə Praqada keçirilən məşhur görüşdən sonra Azərbaycanla birbaşa, ikitərəfli danışıqlar nəticəsində 8 avqust 2025-ci ildə Vaşinqtonda tarixi əhəmiyyət kəsb edən bir saziş imzalaya bildik.

Bu fikirləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan Çexiya Prezidenti Petr Pavel ilə görüşdən sonra mediaya birgə açıqlamasında deyib.

"Bunun mümkün olduğuna inanan az adam var idi, amma bu, reallığa çevrildi və biz artıq 2 ildir ki, sülh içində yaşayırıq. Qonşularımızla bu şəraitdə yaşamağa öyrəşməmişdik, amma özümüzü yeni bir vəziyyətdə tapdıq və bu sülhün davamlı olduğunu və davamlı olacağını qiymətləndiririk. Yaxın gələcəkdə diplomatik münasibətlər qurmağı və sərhədləri açmağı gözləyirik, o cümlədən 30 ildir bağlı sərhədlərimiz və diplomatik münasibətlərimiz olmayan Türkiyə ilə. Bütün bunlar regionda ümumi sülhün bərqərar olmasına və gərginliyin birbaşa aradan qaldırılmasına töhfə verəcək. Nəticədə, regional əlaqələrin açılması, iqtisadi əlaqələrin inkişafı və insanların sərbəst hərəkəti üçün imkanların genişləndirilməsi Cənubi Qafqazı əməkdaşlıq və qarşılıqlı əlaqə bölgəsinə çevirə bilər", - Xaçatryan deyib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar