Xəbər lenti
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar.
Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.
Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib.
Ziyan ödənilməsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Süleymanov hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























