Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corciya Melonini İtaliya Respublikası tarixində ən uzun müddət vəzifədə olan Baş nazir olması münasibətilə təbrik edib.
Manevr.az xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib.
“Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir”, – paylaşımda qeyd edilib.
Dövlət başçısı Corciya Meloninin Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – paylaşımda bildirilib.
Xəbər lenti
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev və İtaliyanın Baş naziri Corcia MeloniManevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































