Sizin Reklam Burada
Xəbər lenti
03-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi azadlığa buraxıldı

Tarix: 04-09-2026 16:18     Baxış: 325 A- / A+
Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi azadlığa buraxıldıMüdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunur.
Manevr.az apa-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Şahin Kiçibəyov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Daha sonra hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb. Qərara əsasən, Şahin Kiçibəyovun apellyasiya şikayəti qismən təmin edilib.
Məhkəmə təqsirləndirilən şəxsin dəymiş ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi veteranı olduğunu nəzərə alıb.
Onun cəzasını şərti sayılıb, Şahin Kiçibəyov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə, Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul və xidmət yerinin dəyişdirilməsi ilə bağlı vədlər verərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirib.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar