Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
04-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq

Tarix: 05-09-2026 20:17     Baxış: 422 A- / A+



Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən məlumatı Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov TASS agentliyinə açıqlamasında təsdiqləyib.
"Doğrudan da, Ukrayna tərəfindən bu cür məlumat verilmişdi. Rusiyanın dövlət rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı V.Putin bu gün gecəyarısından etibarən üç sutka ərzində Kiyevə zərbələrin endirilməməsini tapşırıb. Bu addım amerikalıların Kiyevdə həyata keçirəcəyi danışıqlara hazırlıq və onların icrası ilə əlaqədardır", - deyə o, qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Ukrayna mətbuatı sentyabrın 5-i gecə saatlarından sentyabrın 8-nə qədər Ukrayna Silahlı Qüvvələrində atəşkəs rejiminin tətbiq edildiyi barədə məlumat yaymışdı.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar