Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
04-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynada fırıldaqçı zəng mərkəzlərinə himayədarlıq edən rəsmi şəxs ifşa olunub

Tarix: 05-09-2026 15:27     Baxış: 3109 A- / A+
Ukrayna Baş Prokurorluğunun şöbə rəisinin müavini Serhiy Krapiva fırıldaqçı zəng mərkəzlərinə himayədarlıq etmiş ola bilər. 
Manevr.az xəbər verirki, bu barədə Korrupsiya ilə Mübarizə Mərkəzi (ANTAC) məlumat yayıb.
Mərkəz özünün "Telegram" kanalında bildirib ki, "kansler" ləqəbli şəxsin Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq Departamentinin rəis müavini Serhiy Krapiva olduğu ehtimal edilir. ANTAC-ın məlumatına görə, Krapiva əvvəllər polis orqanlarında çalışıb və Odessa Regional Administrasiyasının rəhbəri Oleq Kiperin müavini vəzifəsində işləyib.

Şənbə günü Ukraynanın korrupsiya ilə mübarizə qurumları "Karfagen" kod adlı əməliyyata başlayaraq, Baş Prokurorluğun şöbə rəislərindən birinin rəhbərlik etdiyi beş nəfərlik cinayətkar qruplaşmanı ifşa ediblər. İstintaqın məlumatına görə, həmin vəzifəli şəxs 2025-ci ilin ortalarından etibarən 42 milyon qrivna (təxminən 941 000 ABŞ dolları) məbləğində vəsaiti leqallaşdırıb. Milli Korrupsiya ilə Mübarizə Bürosu tərəfindən əldə edilən yazılarda cinayətkar "Kansler" ləqəbi ilə, onun yaxın ətrafındakı şəxs "Muza", sürücüsü "Yoldaş", köməkçisi isə "Fleş" kimi təqdim olunur.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar