Xəbər lenti
ADSEA bu mühüm layihənin icrasını davam etdirir - Video

Manevr.az xəbər verir ki, Dövlət Proqramı çərçivəsində icra olunan mühüm layihələrdən biri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir.
Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanmasına, daşınmasına və müasir texnologiyalar əsasında təmizlənməsinə xidmət edəcək.
Yeni infrastruktur Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.
2028-ci ildə başa çatdırılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur sistemi kimi fəaliyyət göstərəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































