Xəbər lenti
Nepalda iki nəfər fəlakətdən 10 gün sonra xilas edildi
Çin sərhədi yaxınlığındakı Rasuva rayonunda və ətraf ərazilərdə baş verən daşqınlar səbəbindən köməksiz vəziyyətdə qalan iki nəfər fəlakətdən 10 gün sonra xilas edilib.Manevr.az xəbər verir ki, bu barədə rəsmilərin daşqınlardan sonra davam edən axtarış-xilasetmə əməliyyatları ilə bağlı açıqlamalarında bildirilib.
Məlumata görə, daşqın zonasındakı su-elektrik stansiyası tunelində sıxışıb qalan çinli işçi xilas edilib. Bundan əlavə, Nuvakot rayonunda başqa bir əməliyyat zamanı bir qadın xilas edilərək hava yolu ilə Katmanduya çatdırılıb.
İndiyədək daşqınlar nəticəsində 1342 nəfər həyatını itirib, itkin düşmüş 4000-dən çox insan üçün isə axtarış-xilasetmə işləri davam edir.
Ekspertlər buzlaq uçqununa işarə edirlər. Daha əvvəl bildirilmişdi ki, avqustun 26-da Nepalın Rasuva rayonunda baş verən daşqınlar nəticəsində onlarla körpü dağılıb və yollara ziyan dəyib. Bu səbəbdən axtarış-xilasetmə işləri üçün helikopterlər cəlb olunub.
Əvvəlcə bölgədə daşqınlardan əvvəl zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti (USGS) məlumatlarını yeniləyərək, maqnitudası 5,2 olan seysmik hadisənin mənbəyinin buzlaq uçqunu olduğunu açıqlayıb.
Katmanduda yerləşən Beynəlxalq İnteqrasiya olunmuş Dağ İnkişafı Mərkəzinin (ICIMOD) ekspertləri bildiriblər ki, daşqına ərazidəki dağlıq relyefdən qopan buzlaq parçalarının səbəb olduğu uçqun yol açıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































