Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
04-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Tarix: 06-09-2026 10:07     Baxış: 323 A- / A+
Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılar bəzi yerlərdə intensiv xarakter alacaq. Bununla yanaşı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Nazirlik bildirir ki, intensiv yağıntılar zamanı bəzi çaylarda sel və daşqın, eləcə də ayrı-ayrı ərazilərdə subasma riski yarana bilər. Vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə qarşılaşdıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin çağırış və tövsiyələrinə əməl etmək tövsiyə olunur.
Güclü külək zamanı isə yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq lazımdır. Həmçinin elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmaq təhlükəlidir.
FHN kiçikhəcmli gəmi istifadəçilərinə də xəbərdarlıq edərək, belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu xatırladıb.
Şimşək çaxarkən də təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməlidir. Bu zaman elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq ərazidə elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşılmaması tövsiyə edilir.
Hündür ağacların altında daldalanmaq da təhlükəlidir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırmaq, şüşələri qaldırmaq və şimşək çaxması başa çatana qədər gözləmək məsləhət görülür.
FHN bir daha vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına biganə yanaşmamağa çağırıb.
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar