Sizin Reklam Burada
Xəbər lenti
06-09-2026
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb

Tarix: 06-09-2026 21:25     Baxış: 418 A- / A+



Kiyevdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün birinci raundu başa çatıb.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Birinci raundda danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilib.
Danışıqlar zamanı Kuşner bildirib ki, Tramp sadəcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir.
O, əlavə edib ki, gələcək razılaşmalar yeni müharibənin baş verməsi ehtimalını aradan qaldırmalı və Ukraynaya müharibə illərində nümayiş etdirdiyi güc və ixtiraçılıqdan ölkənin inkişafı üçün istifadə etmək imkanı verməlidir: "Bir çox siyasətçi mürəkkəb problemlərdən qorxur. Prezident Tramp həmişə deyir ki, məsələ nə qədər mürəkkəbdirsə, bir o qədər yaxşıdır və buna bütün gücünü sərf etmək lazımdır. Buna görə də o, bu müharibəyə və insanların ölümünə son qoymaq, ailələrin həyatını asanlaşdırmaq üçün çox qətiyyətlidir".
Eyni zamanda, Uitkoff bu söhbəti "çox məzmunlu" adlandırıb:
"Biz ruhlanmışıq və lazım olduğu qədər bundan sonra da işləməyə hazırıq".
Uitkoff həmçinin Ukraynanın qonaqpərvərliyinin "misilsiz" olduğunu qeyd edib:
"Deyərdim ki, bizim çox məzmunlu müzakirələrimiz oldu. Məzmunlu, mühüm müzakirələr. Biz çox ruhlanmışıq və bu günün davamını lazım olduğu qədər səbirsizliklə gözləyirik".
Öz növbəsində Zelenski bildirib ki, Uitkoff və Kuşnerin iştirakı ilə artıq iki panel müzakirəsi keçirilib. Prezident müharibənin başa çatması üçün hər şeyi etməyin çox vacib olduğunu vurğulayıb: "Burada hamımız eyni tərəfdəyik - çox istəyirik ki, müharibə olmasın, əzablar yaşanmasın, insanlar həlak olmasın. Bu müharibə ədalətli şəkildə - hamımız üçün ədalətli sülhlə başa çatsın. Həmçinin müharibə elə başa çatmalıdır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünü yenidən başlatması mümkün olmasın. Bunun üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, ikinci raundda "Avropa üçlüyü" ölkələrinin - Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin iştirakı ilə danışıqlar keçiriləcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar