Qərbin Rusiyaya qarşı Leypsiq hava limanındakı dron hücumu ilə bağlı ittihamları əsl müharibənin başlanğıcıdır.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib
Sergey Lavrov qeyd edib ki, Böyük Vətən Müharibəsi başlamazdan əvvəl Almaniya, indi etdiyi kimi diplomatik nümayəndəliklərini bağlamışdı.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, Berlin "yenə müharibə istəyir" və "tarixin dərsləri heç öyrənilməyib".
O, Rusiya rəhbərliyinin müvafiq nəticələr çıxaracağını söyləyib: "Leypsiq, hava limanı... Onlar hansısa PUA tapıblar. Deyiblər ki, bu, Rusiya PUA-sıdır və heç kim araşdırma aparmayıb. Bu, ümumiyyətlə, elə əsl müharibənin başlanğıcıdır".
Sergey Lavrov bəzi müasir "siyasi fiqurların" tezliklə "Avropa siyasətinin zirvəsindən silinəcəyi" fikrini də bildirib.
Xəbər lenti
Lavrov: Almaniya yenə müharibə istəyir
Sergey Lavrov, Rusiya xarici işlər naziri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































