Sizin Reklam Burada
Xəbər lenti
06-09-2026
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır - O kimdir?

Tarix: 06-09-2026 22:38     Baxış: 317 A- / A+
İsveç mediası qarşıdan gələn bələdiyyə şurası seçkilərində Mötədillər Partiyasından Yevle şəhərinin bələdiyyə şurasına namizədliyini irəli sürən 18 yaşlı Rihad Ələkbərova diqqət yetirib.

İsveçin SVT telekanalı Yevle bələdiyyə şurasına namizədlər arasında ən gənc və ən yaşlı namizəd haqqında reportaj hazırlayıb. Onların ən gənci — Rihad Ələkbərovun 18 yaşı cəmi bir neçə gün əvvəl tamam olub. Ən yaşlı namizəd isə yamaykaəsilli Yaşıllar Partiyasının nümayəndəsi Ken Kubulensodur. Onun 95 yaşı var.

Yaş fərqi 77 il olsa da, hər iki namizəd cəmiyyətin inkişafında iştirak etmək istədiklərini bildirib, siyasət və həyatla bağlı fikirlərini bölüşüb.

İsveç telekanalına müsahibəsində Rihad Ələkbərov, xüsusilə, partiyasında geniş yayılmış mövqedən fərqlənən bir məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, İsveçdə alkoqol satışına dövlət inhisarının qorunmasını dəstəkləyir, halbuki Mötədillər Koalisiya Partiyasının bir çox nümayəndəsi bu inhisarın ləğvinin tərəfdarıdır.

95 yaşlı Ken Kubulenso söhbətin sonunda gənc namizədə tövsiyələrini verərək onu siyasətlə məşğul olmağa və cəmiyyətin yaxşılaşdırılması və inkişafı istiqamətində çalışmağa davam etməyə çağırıb. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar