Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Akademiklərin yerinə təyinatlar nə zaman olacaq?

Tarix: 21-10-2025 21:24     Baxış: 326 A- / A+
Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.

Elm və Təhsil Nazirliyinin struktur islahatları çərçivəsində bir sıra elmi müəssisələr birləşdirilərək yeni institutlar yaradılıb.

Maraqlıdır, yeni institut və müəssisələrə yeni rəhbərlərin təyinatı nə vaxt həyata keçiriləcək? Hazırkı rəhbərliklərin fəaliyyətinə davam etməsi, yaxud yeni kadrlarla əvəzlənməsi nəzərdə tutulurmu? 

Məsələ barəsində Elm və Təhsil Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı müzakirələr davam etdirilir.

“Qərar qəbul olunduğu zaman ictimaiyyətə geniş məlumat veriləcək”, - qurumdan qeyd olunub. 

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutu birləşdirilərək Geologiya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu birləşdirilərək Coğrafiya İnstitutu, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu birləşdirilərək Fizika İnstitutu yaradılıb.

Bundan başqa, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu birləşdirilərək Kimya İnstitutu, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu birləşdirilərək Riyaziyyat İnstitutu formalaşdırılıb. Həmçinin Botanika İnstitutu ilə Dendrologiya İnstitutu birləşdirilərək Botanika İnstitutu, Zoologiya İnstitutu ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu birləşdirilərək Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Biofizika İnstitutu isə birləşdirilərək Molekulyar Biologiya İnstitutu yaradılıb.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri coğrafiya elmləri doktoru, professor Zakir Eminov, Azərbaycanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hazırkı rəhbəri Əlövsət Quliyev, Fizika institunun direktoru Arif Həşimov, Radiasiya Problemləri İnstitutu direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, Aşqarlar Kimyası İnstitutunun rəhbəri Vаqif Məcid оğlu Fərzəliyev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova,  Zoologiya İnstitutunun rəhbəri aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov, kademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Fayızi Həşimova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, Mikrobiologiya İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Pənah Muradov, Biofizika İnstitutunun rəhbəri Leylaxanım Məlikova olub. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar