Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Baş naziri Almaniya səfirinin geri çağrılmasını düzgün qərar adlandırıb

Tarix: 21-10-2025 16:12     Baxış: 422 A- / A+


İrakli Kobaxidze
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, Almaniya səfiri Peter Fişerin geri çağrılması Almaniya hökumətinin çox düzgün və praqmatik qərarıdır.
Manevr.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfir Gürcüstan-Almaniya münasibətlərinə ciddi xələl gətirib.

“Almaniyanın əvvəlki səfirləri münasibətlərin inkişafına müsbət töhfələr veriblər. Səfir Fişer isə sələflərinin 30 il ərzində qurduğu münasibətləri demək olar məhv edib. Lakin bu münasibətlər tezliklə bərpa olunacaq. Belə ki, Gürcüstanla Almaniya arasında əməkdaşlıq, tərəfdaşlıq və dostluq çox qədim ənənələrə malikdir”, - Baş nazir deyib.
Kobaxidze əlavə edib ki, Almaniya yeni səfir təyin edəndən sonra Gürcüstan hökuməti onunla əməkdaşlığa açıq olacaq.
Xatırladaq ki, Almaniya Gürcüstandakı səfiri Peter Fişeri oktyabrın 19-da məsləhətləşmələr üçün geri çağırıb. Fişer 2022-ci ilin avqustundan səfir vəzifəsində çalışır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar