Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ

Tarix: 21-10-2025 18:10     Baxış: 324 A- / A+
Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQYerli bazarda satılan bitki və kərə yağlarının keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar yaranıb. İddialara görə, hətta ən bahalı və tanınmış markalı yağların tərkibinə belə süni müdaxilələr olunur. Son günlər dabaq xəstəliyinin sürətlə yayılması isə vəziyyəti daha da qəlizləşdirərək, marketlərdə keyfiyyətli yağ məhsullarının seçimini, eləcə də tapılmasını çətinləşdirib.
Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında qida mütəxəssisi Fərid Səfərov qeyd edib ki, süni müdaxilə edilmiş yağlar ciddi sağlamlıq riskləri daşıya bilər. Onun sözlərinə görə, saxtalaşdırılmış və keyfiyyətsiz yağların içərisinə daha ucuz yağların qarışdırılması qida saxtakarlığının yayılmış formalarından biridir.
“Bu cür yağlar bəzən təmizlənməmiş, oksidləşmiş və ya təkrar istifadə edilmiş köhnə yağlardan ibarət olur. Belə məhsulların tərkibi dəqiq məlum olmur, qiyməti isə çox ucuz olur və etiketi təsadüfi şəkildə hazırlanır. Davamlı istehlak edildikdə isə, belə yağlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər”.
F.Səfərov bildirib ki, yağların keyfiyyəti yeməkdə əsas təhlükəsizlik və sağlamlıq faktoru hesab edilir:
“Şəffaf və etiketində tam məlumat göstərilən məhsulların seçilməsi də bu baxımdan vacib sayılır. Belə halda, istehsal və son istifadə tarixlərinə diqqət yetirmək lazımdır, çünki köhnə yağlar daha tez oksidləşərək keyfiyyətini itirir. Bundan başqa, yağların açılışdan sonra necə saxlanması qaydası da önəmlidir. Məsələn, yüksək temperatur və işıq yağın keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Ekspert yağ seçimində diqqət yetirilməsi vacib olan bir neçə əsas məqama da diqqət çəkib:

“Çox ucuz qiymət digər oxşar məhsullarla müqayisədə kəskin fərqlənirsə, bu, saxtalaşdırma ehtimalını göstərir. Habelə, etiketdə qeyri-müəyyən məlumatların olması da şübhə doğurur. Bununla yanaşı, yağın qoxusu və dadı da məhsulun təzə olub-olmadığını təsdiqləməlidir. Acı yaxud göyərmiş dad hiss olunursa, həmin məhsuldan uzaq durmaq məqsədəuyğundur”.
Qida mütəxəssisi orijinal və etibarlı brendlərin seçilməsi tövsiyə olunduğunu, mümkün qədər tanınmış və sertifikatlaşdırılmış məhsullara üstünlük verilməsinin vacibliyinə də toxunub:
“Saxlama şərtləri, istifadə tarixi və istehsal yeri barədə məlumatlar da diqqətlə yoxlanmalıdır. Sağlamlığımız müəyyən qədər özümüzdən asılıdır və buna görə ağıllı seçimlər etmək çox önəmlidir. Bu isə mütləq məlumatlılıq və diqqət tələb edir. Keyfiyyətli yağların seçilməsi və saxtalaşdırılmış məhsullardan uzaq durmaq isə sağlam həyat tərzinin əsas tərkib hissəsidir”,- deyə ekspert bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar