Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Anar Quliyev yeni qərar imzaladı

Tarix: 21-10-2025 08:44     Baxış: 324 A- / A+
Anar Quliyev yeni qərar imzaladı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Mehmanxana binaları. Layihələndirmə normaları"nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar layihələndirilən və inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan mehmanxana banalarına və mehmanxana komplekslərinə, həmçinin həmin obyektlərin ərazilərinin təşkilinə olan tələbləri təyin edir.

Həmçinin, hündürlüyü 50 m-dən və yeraltı hissəsinin dərinliyi 15 m-dən böyük olan mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək.

Bundan başqa, bu normalar 11 nömrədən (yaşayış otağından) az tutumlu və ya mehmanxana olmayan digər yerləşmə vasitələrinin layihələndirilməsi, inşası və yenidən qurulmasına şamil edilməyəcək.

Mehmanxana ərazisinin tərkibində aşağıdakılar nəzərdə tutulmalıdır:

- yaşayış zonası;

- minik avtomobilləri və səyahət avtobusları üçün duracaq meydançaları;

- yaşayış zonasından təcrid olunmuş təsərrüfat zonası;

- abadlaşdırılma elementləri ilə yaşıllıq zonası;
- daxili yollar, piyada səkiləri və s.

Kiçik və mini hotellər üçun səyahət avtobusları üçün duracaq meydançalarının nəzərdə tutulması tələb olunmur.

Mehmanxana tərəfindən avtoduracaq xidməti təklif edildiyi halda hər səkkiz nömrəyə ən azı bir duracaq yeri nəzərdə tutulmalıdır.

Motellərdə nömrə fondunun 50 %-dən az olmayaraq avtoduracaq yeri nəzərdə tutulmalıdır.

Xidməti işçilərin minik avtomobilləri üçün duracaqların sayı işləyənlərin sayının 10 %-dən az olmamalıdır.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. metbuat.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar