Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

XOCALI: unutmayacaq və unutdurmayacağıq!

Tarix: 26-02-2025 12:15     Baxış: 452 A- / A+
Tural Akif oğlu Vəlizadə
Bakı Qızlar Universitetinin baş müəllimi,

 Bakı Dövlət Universitetinin doktorantı


Düz 33 il bundan əvvəl Xocalı şəhərində törədilmiş erməni vəhşiliyi XX əsrin ən böyük faciə və fəlakətlərindən biri kimi tarixə düşüb. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli şəkildə tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğındır. Bu soyqırımın reallaşmasında dövrün rus zehniyyətinin böyük payı, töhfəsi və müdaxiləsinin olduğu bu gün daha da aydın olur.

1992-ci il fevralın 25-26-da Xocalı erməni vəhşiliyinin və qəddarlığının iyrənc siması ilə qarşılaşdı və bu çərçivədə soydaşlarımız ağır və qanlı hücuma məruz qaldı. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70-dən çox qoca vəhşicəsinə və amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 150 uşaq isə valideynlərindən birini itirib. Minlərlə soydaşımız yaralanıb, girov götürülüb və itkin düşüb. Daşnak, Qınçaq və ASALA terror təşkilatlarının uzantıları Azərbaycan xalqına qarşı bitməz və tükənməz düşmənçiliklərini qan tökərək, günahsız insanları məhv etməklə göstərdi. Xocalı soyqırımı türk millətinə qarşı işlənmiş insanlıq cinayətidir və onu törədənlər hər zaman qatil və cani kimi eyni kateqoriyada qiymətləndiriləcək. Soydaşlarımızın iffətinə, namusuna, ləyaqətinə, həyatına və varlığına qəsd etməyə cürət edən erməni əxlaqsızlığını əziz xalqımız daim lənət və nifrətlə xatırlayacaqdır. Xocalıda beynəlxalq hüquq çərçivəsində soyqırım cinayəti, insanlığa qarşı cinayət, təcavüz cinayəti və sülhə qarşı cinayətlər elə beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliliyi şəraitində açıq şəkildə törədilib. Xocalı qurbanlarının ədalətini isə Azərbaycan dövləti özü təmin edib.
Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib. Bu cinayətin bir qrup təşkilatçısı və icraçısı artıq məhkəmə qarşısına çıxarılıb. Amma düşünürəm ki, bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar, eləcə də hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzura azad, ləyaqət və qürurla ziyarətə gedir. Xocalı şəhərində, Ballıca kəndində həyat qaynayır. Artıq burada torpağın əsl sahibləri var. Dünyada amansız qırğın, soyqırım axtaran varsa, cavab Xocalıdır. Yaxın bəşər tarixində ən böyük vəhşiliklərdən biri Xocalıda baş verib. Dünyada hər fürsətdə demokratiyadan, insan haqlarından, qanunlardan danışan, Xocalı soyqırımını törədənlərə qarşı sanksiyalar tətbiq edən hansısa ölkə eşitmisinizmi? Eşidə bilməzsiniz... Çünki sözügedən şəxs müsəlman, xüsusən də türkdürsə, onların qulaqları, gözləri, vicdanları qapanar. Görməz, duymaz, hiss etməzlər. Amma hamı unutsa da, biz unutmayacağıq, heç kimə unutdurmayacağıq!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar