Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdama köçürüləcək əhalinin sayı AÇIQLANDI

Tarix: 26-02-2025 11:40     Baxış: 321 A- / A+

Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.

Manevr.az xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə biz gələn il nəzərdə tutulan 5 məhəllədən 4-nə köçə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq.

"Biz belə planlaşdırırıq ki, gələn ilin, yəni 2026-cı ilin sonuna qədər Dövlət Proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra olunacaqdır. Bu il ərzində Ağdam rayonuna, yəni Ağdamın şəhərin ətrafında olan üç kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə biz gələn il nəzərdə tutulan beş məhəllədən dördünə köçə start verməklə, bu işi yekunlaşdırmaqla Ağdam şəhərində 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq", - o əlavə edib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar