Xəbər lenti
Martda qeyri-iş günlərinin vaxtı bilindi

Azərbaycanda martda 18 gün iş olmayacaq.
Manevr.az xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü sayılır.
Belə ki, 22, 23, mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib.
Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq.
31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün qeyri-iş günləri siyahısına daxil ediləcək.
Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonuna təsadüf edir.
Ümumilikdə, martda 18 gün qeyri-iş günü hesab ediləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar