Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski yola salınır? - Ukraynalı deputatdan açıqlama

Tarix: 24-02-2025 21:22     Baxış: 323 A- / A+
Zelenski yola salınır? - Ukraynalı deputatdan açıqlama

Ukraynalı deputat Aleksiy Qonçarenko bildirib ki, Rada prezident Vladimir Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair qətnamə qəbul etmək üçün yeni cəhd edəcək.
Manevr.az xəbər verir ki, siyasətçi bu barədə öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, müvafiq sənədin növbəti iclasda səsverməyə çıxarılması planlaşdırılır.
"Demokratiyaya dəstək haqqında qətnamə yenidən Radaya təqdim olunur" deyən Qonçarenko "sənədi növbəti iclasda irəli sürməyə" çalışacaqlarını qeyd edib.
Fevralın 24-də deputat Yaroslav Jeleznyak bildirib ki, Ali Radada Vladimir Zelenskinin səlahiyyətlərinin davam etdirilməsinin dəstəklənməsi ilə bağlı qətnamə səsvermədə keçməyib. Qətnamənin lehinə 218 deputat səs verib. Onun keçməsi üçün 226 deputat tələb olunurdu.
Bundan sonra Radanın keçmiş deputatı, “Başqa Ukrayna” hərəkatının eksperti Spiridon Kilinkarov bəyan edib ki, Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair səsvermə onun parlamentin dəstəyini itirdiyini və tezliklə hakimiyyəti itirəcəyini göstərir.
Zelenskinin rəsmi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb.bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar