Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Küllərin içindəki həqiqət – “Fahranheit 451”

Tarix: 24-02-2025 19:47     Baxış: 3100 A- / A+
 Sədaqət Babayeva
NDU-nun Filologiya ixtisası üzrə
II kurs tələbəsi "Gənc Yazarlar Klubu"nun üzvü


Fahrenheit 451 kitab vərəqinin alışıb yanma dərəcəsini bildirir. Rey Bredberi əsəri qələmə alan zaman yanğınsöndürmə məntəqəsinə zəng edərək vərəqin yanma dərəcəsini soruşur və bu zaman “Fahrenheit 451” cavabını alır.

Beləliklə, kitabın adı buradan yaranır. Kitabın mövzusu da eynilə adı qədər maraqlıdır. Əsər distopik növdə yazılmış romandır. Gəlin ,kitablarsız bir həyat, cəmiyyət düşünək. Kitab oxumağa qadağa qoyulmuş bir cəmiyyət. Kitablar insan beynində bir alov kimi parlayır, amma qadağalar bu alovu söndürür. Yanğınsöndürənlər kitabları taparaq onları yandırırlar.Kitablar ruhu qidalandırır, onları yasaqlamaq isə cəmiyyətin quru və cansız olmasına gətirib çıxarır. Kitablar insanlara saysız- hesabsız bilik verir. İnsanı düşünməyə, suallara verməyə, həyatda özünə mövqe tapmağa vadar edir. Kitab oxuyan insan suallar verir, mühakimə edir, öz fikrini söyləməkdən çəkinmir, düşünür, analiz edir. Mövcud hakimiyyət isə insanların kitablar vasitəsilə düşüncələrinin inkişaf etdirməsini istəmir. Cəmiyyət televizorla maraqlanır, texnologiyanın əsiri olub.

Bunu Montagın həyat yoldaşında görmək mümkündür. O, həyatın əyləncə qismindədir, mövcud rejimə tabe olur, açıqcası, kitablar onun maraq dairəsində deyil. Elə məhz rejimin istədiyi də budur. İnsan oxumasın, maariflənməsin, özünü müdafiə etməkdən, öz azad fikrini söyləməkdən aciz olsun. Yanğınsöndürənlərin yanğın söndürmək yerinə onu başlatması və kitabları yandırması bunu göstərir ki, kitablardakı bilik, düşüncə məhv edilir, beləliklə insan sorğulamadan yaşayır. Montag əsərin baş qəhrəmanı və yanğınsöndürəndir. O da bu rejimə tabedir. Lakin əsərdə Montag və Clarisse McClellan arasında maraqlı bir dialoq baş verir. Qız əvvəl yanğınsöndürənlərin yanğını başlatmaq yerinə söndürdüklərini deyir. Montag isə buna etiraz edir və buradan rejimin nə qədər qəti olduğunu, insanların dərk etmədən ona tabe olduğunu görmək mümkündür. Clarisse McClellan, Montagın yolda toqquşduğu gənc bir qızdır. Azad düşüncəli bir şəxsdir və Montagın həyatını ona suallar verərək, onu düşünməyə vadar edərək dəyişir. Əsərin gedişatında Clarisse itir, lakin onun təsiri Montagın həyatında davam edir. Montagın xarakterində dəyişiklik yaranmağa başlayır və o, gizlincə bir kitab götürüb oxumağa başlayır. Hətta onu evinə gətirərək gizlədir. Kitabın içində onun həyatına təsir edəcək, onun boş həyatını mənalandıracaq bir şey olduğunu hiss edir.

Montag özündə kitab oxuma ehtiyacını həm də ona görə hiss edir ki, bir dəfə o yaşlı bir qadının kitabları ilə birlikdə yanmasına şahid olur və düşünür ki, insanlar kitabları üçün ölməyə belə razıdırsa, deməli, bu kitabların içində mühüm bir həqiqət var. Robotlaşmış cəmiyyətdən uzaq olmaq,həyatında bir dərinlik və məna tapmaq istəyir. Buna görə tək çıxış yolunu kitablarda görür. Yoldaşı Mildred ilə kitab oxumağa çalışsa da, Mildred rejimə qarşı çıxmaq istəmir və kitablar onun üçün maraq mənbəyi deyil. O, yeni dövrün əsiridir, daha çox televizorla maraqlanır. Dövlətə sadiq qalaraq Montagı şikayət edir. Əsərdə yüzbaşı obrazı olan Beatty, yanğınsöndürən briqadasının rəhbəridir. O da kitab oxumuş, kitabların insan üçün nə qədər vacib olduğunu dərk edən obraz olsa da, dövlətin rejimi tərəfində olmağı seçir. Montag onu anlayacaq və onun tərəfində olacaq professor Faberin yanına gedir.

Lakin Faber əvvəlcə qorxaraq ona kömək etməyəcəyini, gizlənməyi seçdiyini söyləyir. Montagın cəsarəti onu ruhlandırır və o, Montagı dəstəkləyir. Əsərin sonlarına yaxın artıq Montagın kitab oxuduğu bilinir və onu öldürməyə çalışırlar. Montag qaçıb gizlənir. Şəhərdən qaçandan sonra bir qrup insanla tanış olur. O insanlar hərəsi bir kitabı əzbərləyərək kitabların unudulmasının qarşısını almağa çalışırlar. Şəhəri nüvə bombası məhv edir, Montag və tanış olduğu insanlar sağ qalır.

Əsərin sonu Montagın artıq yeni bir səhifə açdığını, öz həyatını dəyişdirməyə çalışdığını göstərərək bitir. Təsirli bir əsərdir və ən çox diqqətçəkən obrazlar məhz Montag və Mildred deyilmi? Necə ki, bir dəfə kitab oxuyandan sonra Montagın ruhu kitaba ehtiyac duyur. O, həyatın mənasının kitablarda olduğunu düşünür və oxumaq istəyən, həvəsli bir insana çevrilir. Həmçinin Montagla əks mövqedə dayanan neçə Mildredlər var günümüzdə? Kitab oxumaq istəməyən, orada bir məna görməyən, televizor və texnologiyanın aludəçisi olmuş Mildredlər... Gələcəyə ümid və inamla baxmaq üçün Montag olmaq lazımdır. Bir müddət sonra insanın ruhu kitaba ehtiyac duyacaq. Mildredlər isə bu həyatda özlərinə bir mövqe tapa bilməyəcəklər. Montag olub həyatı dəyişdirməkmi, yoxsa Mildred olub zamanda asılı qalmaq? 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar