Roma Papası Fransiskin vəziyyəti kritik olaraq qalır.
Manevr.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Açıqlamada Papaya iki vahid qan köçürüldüyü və bunun hemoglobin səviyyəsini artırmağa kömək etdiyi qeyd olunub. Trombosit səviyyəsi stabil qalsa da, qan analizləri onun yüngül böyrək çatışmazlığının başlanğıc mərhələsində olduğunu göstərib. Hazırda Papa burundan yüksək axınlı oksigen dəstəyi alır.
Buna baxmayaraq, onun şüuru yerindədir və ətrafındakılarla yaxşı ünsiyyət qura bilir. Vatikan bildirib ki, xəstəliyin mürəkkəbliyi və tətbiq olunan dərman müalicəsinin təsirini görmək üçün müəyyən gözləmə müddəti tələb olunur. Bu səbəbdən, vəziyyətin necə inkişaf edəcəyini diqqətlə izləməyə davam edirlər.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar