Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bir milyonluq dələduzluq edənə HÖKM OXUNDU

Tarix: 25-02-2025 10:45     Baxış: 323 A- / A+


Bakıda bir milyonluq dələduzluq edənə HÖKM OXUNDU
Bakıda bir milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ittihama görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasına köcürülməsini təşkil etməklə həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonu ərazisində istintaqa məlum olmayan yerlərdə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə Azərbaycan manatı ABŞ dolları firmasında əldə edib 478 min manatı Rahil Əsgərovun dediyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə Bakı şəhəri ərazisində aidiyyəti üzrə çatdırsa da, həmin pul vəsaitlərindən qalan, yəni zərərçəkmiş şəxs Rahil Əsgərova məxsus olan ümumilikdə 880 min 132 manat pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək xüsusilə külli miqdarda dələduzluq edib.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işində 2 nəfər- Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar