Xəbər lenti
Heydər Əliyev və İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatları - yeni Elmi Kəşflərə doğru tərəqqi meyarlar

Kəşf – təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanun, hadisə, qanunauyğunluqların, xassələrin müəyyən edilməsi; təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətdir. Elmi Kəşflər Elmi-texniki inqilabın tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatlarının yeni Elmi Kəşflərə doğru tərəqqi meyarları olması: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar” (Heydər Əliyev).
“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq” (İlham Əliyev, 10 may 2023, Ulu Öndərin 100 illik Yubileyi günündə). Heydər Əliyev və İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatları inkişafda dialektik vəhdət sinergiyasına malik olmaqla yanaşı, Elmi Kəşflərlə Elmi-Texniki İnqilaba doğru ən zəngin meyarlar baxımından nəinki Azərbaycan, eləcə də dünyanın hər bir dövləti üçün örnək bir modeldir. Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru inkişaf zamanın tələbi, zamanın zərurətidir. Bununla bağlı 30.04.2024-cü il tarixində deputat Fazil Mustafanın “Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? – AÇIQLAMA” adlı əsaslandırılmış tənqidi yazısı bir sıra saytlarda dərc edilmişdir. Görünür, Elmi Kəşflərə Elmi-Texniki İnqilaba doğru inkişafın zaman zərurətinin reallaşması üçün stimul və rəqabət amilləri nəzərə alınmalıdır.
Ölkəmizdə artıq 2024-cü ildə belə bir təcrübəyə nail olunmuşdur. Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında “Scopus” bazasında ən çox elmi işi dərc olunan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu zaman son 5 il göstəriciləri araşdırılmışdır. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. (02.10.2024 https://edu.gov.az/az/news- and-updates/21527-1 ) Belə bir təcrübənin Elmi Kəşf istiqaməti üçün həyata keçirilməsi aktuallığı, məqalə aktuallığından daha da üstündür. Belə ki, elmi ictimaiyyətə yaxşı bəllidir ki, dünyanın əksər ölkələrində “Scopus” və “Web of Science” bazalı junallarda məqalə dərci ilə məşğul olan çoxsaylı pullu xidmət şirkətləri fəaliyyət göstərirlər. Lakin Elmi Kəşflərlə bağlı bir dənə də olsun müəllif üçün Elmi-Kəşf hazırlayan pullu xidmət şirkəti yoxdur.
Son 5 ildə ölkəmizdə Elmi Kəşflərlə bağlı zəruri araşdırılmaların aparılması nəticəsində aşkar ediləcək müəllif alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi ilə aylıq mükafatlandırılmanın respublika miqyasında həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Nəticədə ölkə alimlərinin real potensial imkanları daxilində stimul - rəqabət prinsipləri, Ümummilli Liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə dialektikası əsasında yeni Elmi Kəşflərə doğru tərəqqidə Global İnkişafa nail olmaq mümkündür...
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar