Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur" - Tural Vəlizadə yazır

Tarix: 05-11-2024 11:17     Baxış: 3288 A- / A+

İnsan fəaliyyəti nəticəsində atmosferə buraxılan nəzarətsiz karbon emissiyaları səbəbindən günü-gündən istiləşən bir dünyada yaşayırıq. Xüsusən də son aylarda müxtəlif qitələrdə yaşanan sel və daşqın hadisələri ciddi siqnallar doğurur. Hələ çox gec olmadan edə biləcəyimiz bəzi şeylər var. Bu düşüncə ilə hər il fərqli bir ölkədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP) 11-22 noyabr 2024-cü il tarixləri arasında Bakıda keçiriləcək.
 
2024-cü il İqlim Konfransına və ya qısaca COP29-a 2018-ci ildən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsində çalışan Muxtar Babayev sədrlik edəcək. Tədbirə ekologiya və təbii sərvətlər sahəsində çalışan bir şəxsin rəhbərlik etməsi olduqca məntiqlidir. Misal üçün, COP28-ə dünyanın üçüncü ən böyük qalıq yanacaq istehsalçısı olan Abu Dabi Milli Neft Şirkətinin baş direktorunun sədrlik etməsi birmənalı qarşılanmamışdı. 
“Tərəflərin Konfransı” mənasını verən COP Sammiti Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il təşkil edilən beynəlxalq iqlim konfransıdır. Konfransda 1994-cü ildə qüvvəyə minmiş beynəlxalq müqavilə olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalamış bütün ölkələr iştirak edir. Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. 

Bu kontekstdə “COP” başlığı dünya liderləri və dövlət başçıları daxil olmaqla bütün tərəfləri və konvensiyanın qaydalarının nəzərdən keçirilməsi və həyata keçirilməsi prosesini ifadə edir. 
Konvensiyanın tərəfləri iqlim sisteminə “təhlükəli antropogen (insan səbəbli) müdaxilənin qarşısının alınması” üçün könüllü tədbirlər görməyə öhdəlik götürüblər. 
Tərəflərin onu keçirməmək barədə qərar qəbul etmədiyi müddətcə COP iclası hər il keçirilir. İlk COP iclası 1995-ci ilin martında Almaniyanın Berlin şəhərində keçirilmişdir. O vaxtdan bəri əhəmiyyətli görüşlərə Kioto Protokolunun qəbul edildiyi COP3, Monreal Fəaliyyət Planının hazırlandığı COP11, Kopenhagendə təşkil edilən COP15 və Yaşıl İqlim Fondunun yaradıldığı COP17 daxildir. Bundan əlavə, 2100-cü ilə qədər qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5°C-ə qədər məhdudlaşdırmağı və artıq mövcud olan iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağı hədəfləyən Paris Razılaşmasının imzalandığı COP21 qlobal iqlim böhranı ilə mübarizədə mühüm yer tutur. 


2024-cü ilin 11-22 noyabr tarixlərində Bakı şəhərindəki Bakı Olimpiya Stadionunda keçiriləcək COP29-un əsas hədəflərində qeyd olunur ki, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunması hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və gələcəyimizi qorumaq üçün artıq bu gün diqqətimizi investisiyaların yatırılması məsələsinə yönəltməliyik. Əsas prioritet qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir. 

Sədrliyin COP29 planı bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşı istiqamətə əsaslanır. Ambisiyaların artırılmasını nəzərdə tutan birinci istiqamət bütün tərəflərin iddialı milli planlara və şəffaflığa sadiqliyini təmin etmək üçün əsas komponentləri özündə ehtiva edir. Fəaliyyətə təkan verməyi nəzərdə tutan ikinci istiqamət isə ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu əks etdirir. 

Qeyd olunur ki, COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanır. 

Belə bir Azərbaycan atalar sözü var: Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni adlı şüar ilə Cənab Prezidentin rəhbərliyi altında iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycan buna hazırdır və onun yaşıl gündəliyi artıq dünyaya bəllidir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək. 

Tural Akif oğlu Vəlizadə 
Milli Müdafiə Universitetinin müəllimi
 tural.akif.velizade@gmail.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar