Xəbər lenti
25 illik mücadilə - Akəm Xaqan yazır
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB), 1998-ci ildə, ilk yarandığı gündən müxtəlif türk dilli ölkələr arasında ədəbi əlaqələrin inkişafını, gənc yazarları bir araya gətirilərək dəstəklənməsinə, ortaq türk mədəniyyətini, dilini və ədəbiyyatını təşviq etməyə hədəflənmişdi. Bu elə bir zamana təsadüf edirdi ki, Azərbaycan müstəqilliyini yeni elan etmiş, Sovet məkanından ayrılsaq da hələ tam qopa bilməmiş avropa və sovet sevdalılarının itirdikləri mövqeyi yenidən qaytarmaq cəhdi, başqa bir yanda isə Qarabağ qarışıq işğal altında inləyən Vətən torpaqlarının qaytarılmasını istəyən milli və dini mənsubiyyətini xatırlamış xalq oyanış-diriliş çabası göstərirdi. Belə vaxtda türk birliyi, Türk mənliyi söz-söhbıtlər mübahisə doğurur, sanki gizli bir əl bu dialoqları susdurmağa çalışır, xalqın oyanışını ləngidirdi.
1990-ci ilin Qanlı Yanvar, 1991-ci ilin aprel hadisəsi, aydınlarımızin müəmmalı qətli, 1992-ci ildə artıq Xocalı soyqrımın açısı dinməmiş, ağrısı unudulmamışdır.
Aradan 25 il keçsə də yaradılması sırasında Əkbər Qoşalı başda olmaqla gənc yazarlardan Rəsmiyyə Sabir, Aygün Həsənoğlu, Namiq Hacıheydərli, İntiqam Yaşar və s. imza shiblərinin Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaratmaq cəhdi ilə meydana çıxmıdığı vaxtları yaxşı xatırlayıram. Oyanış eşqilə coşan bir zamanda gənc nəsil yazarlarla işləmək, onları aktiv fəaliyyətə cəlb etmək və yönəltmək çətin idi. Bu da bir yana onların yaradıcılıq imkanlarının artırması üçün daha çox maddi və mənəvi dəstəyə ehtiyac var idi. Bu da azmış kimi, hələ nə istədiyini bilməyən gənc nəsil yazarları gözləmədikləri yaşlı nəslin qısqanc tavrı ilə qarşılaşmış, DGTYB-nin istiqamətinə göz yuman fitnə-fəsad gəzənlərin YB-nə alternativ qurum kimi qələmə verilən söz-söhbətlərlə ruhdan salmağa çalışırdılar. Maddi və mənəvi sixintılar o dövrün bir reallığı idi.
Bütün bu çətinliklər Əkbər Qoşalının - Təşkilatın təsisçisi və ilk başqanı olaraq əzmini, inamını qıra bilmədi. Zaman keçdikcə inananları, ona güvənənləri və ən başlıcası həqiqi yaratmaq eşqilə çalışanları öz ətrfında toplaya bildi. Təşkilatın yaranmasına məhz o zaman Nizami Cəfərov, Polad Bülbüloğlu, Musa Yaqub və Sabir Rüstəmxanlı kimi türk dünyasında tanınan ədəbiyyat, elm və sənət xadimləri dəstək oldu. DGTYB-yi 1998-ci ildə yaransa da 1999-cu ildə Qazaxıstanda təsis olundu və nəhayət uluslararası bir qurum olaraq dövlət qeydiyatından keçdi. Əkbər Mehdi oqlu Yolçuyev -(Əkbər Qoşalı) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təsisçi və ilk başqanı seçildi... Mən o zaman təşkilatin Şəki bölgəsini təmsil edirdim.
Əslində DGTYB türk dilli ölkələr arasında əməkdaşlığı gücləndirməyə çalışır, lakin bu ölkələr arasında bəzən siyasi, mədəni fərqliliklərin mövcudluğu, siyasi sabitliyin olmaması və ya regionlararası əməkdaşlığa olan məhdud maraq təşəbüslərin böyüməsinə mane olurdu . O cümlədən dövlət qurumları ilə işlərkən ortaya çıxan bürokratik əngəllər, təhsildə və sistemdə ədəbiyyata verilən əhəmiyyətin azalması, texnologiya və digər sahələrin daha çox cəlbedici olması, gənclərin marağının azalması belə təşəbbüslərin böyüməsinə mane olan faktorlardan idi.
Daha böyük layihələr həyata keçirib, beynəlxalq səviyyədə təsir yaratmaq üçün Dünya Gənc Türk Yazarlar Birliyinin fərqli fəaliyyətinə dövlət dəstəyinin olması vacib idi. Sizə aydın olsun diyə , qeyd edim ki, bu dəstək bir neçə istiqamətdə özünü göstərilməliydi:
-Maliyyə və təşkilat dəstəyi; Təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər və ya ədəbi festvallar dövlət və müvafiq mədəniyyət fondlarının dəstəyi ilə təşkil olunur
-Mədəni diplomatiya; DGTYB türk dilli ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üçün önəmli bir platformadır ki, bu səbəbdən Azərbaycan və digər türk dövlətlərinin diplomatik səyləri ilə təşkilata beynəlxalq tədbirlər dədəstək göstərilir.
-Təşkilatı dəstək; DGTYB, Mədəniyyət Nazirliyi və digər dövlət qrumları ilə sıx əməkdaşlıq edərək birgə layihələr həyata keçirir ki, bu da təşkilatın fəaliyyətinidaha geniş miqyasda həyata keçirməsinə imkan yaradır.
-Məkan və loqistika dəstəyi; Bir çox hallarda təşkilatın tədbirləri üçün dövlət qrumları məkan təmin edir, loqistik dəstək göstərir və bu da təşkilatın daha efektli fəaliyyət göstərməsinə imkan verir.
Çox şükür ki, ilk vaxlar çətin olsa da gərgin və yorulmaz çalışmalar səmərə verdi. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donar qurumların dəstəyi ilə onlarla layihələr həyata keçirilmiş oldu.
Dünya Gənc Türk Yazarlar Birliyi türk dünyasında önəmli bir təşkilat olaraq türk dilli xalqların yaxınlaşması missiyasına öz tövhəsini verdi, həm də gənc yazarların ədəbi fəaliyyətinin inkişafına və daha geniş miqyasda tanınmasına xidmət etdi. Beləcə mədəni diplomatiya ilə yaradıcı gənclik həm təmsil etdiyi olkə qarşısında məsuliyyətini, həm də vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai fəallığıni artırmış oldu. Bu 25 illik bir gənc üçün böyük uğur, təşkilat üçün şərəfli bir işdir.
Bəzi mənbələrdə təşkilatın fəaliyyətinin geniş ictimaiyyətə təsir edə bilmədiyini, daha geniş platformalarda görünməz qaldığını qeyd etsələr də DGTYB-nin fəaliyyəti əsasən türk dilli ölkələrdə tanınır, lakin beynəlxalq miqyasda daha geniş auditoriyaya çatmaqda çətinlik çəkir. Bunun səbəbi türk ədəbiyyatının qlobal arenada nisbətən az təbliğ olunması və təşkilatın resurslarının beynəlxalq əlaqələri inkişaf etdirmək üçün məhdud olması ilə bağlı olduğunu düşünürəm.
Butün cətinliklərə baxmayaraq türkdilli xalqlar arasında könül körpüsü quran Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilk addımları ataraq qardaş ellərə cığır açmış oldu ki, artıq onlarla türksoylu rəsmi və ya qeyri rəsmi təşkilatlar yaradıldı və qardaş ölkələrlə daha sıx əlaqələr qurulmasına təkan verdi. Cox şükür ki, 25 illik mücadilə uğurla nəticələndi. Yubley münasibətilə DGTYB-nin gənc başqanı İntiqam Yaşarı, Məsləhət Şurasının başqanı Əkbər Qoşalını və idarə heyyətini, bu uğura sevinən hər bir türk övladını təbrik edirəm. Tanrı Sizi qorusun! Tanrı Türkü qorusun!
Akəm XAQAN
şair, tənqidçi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar